“Şəhid ailələri və qazilərimiz təhqir olunur” - Vitse-spiker
02 iyun 2020 17:44:29
“Son günlər sosial şəbəkələrdə şəhid ailələri və qazilərimizin müəyyən söyüş və təhqirlərə məruz qaldığının şahidi oluruq”.
Modern.az xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini Adil Əliyev parlamentin bu gün keçirilən növbədənkənar sessiyanın ikinci iclasında deyib. Onun sözlərinə görə, Azərbaycanda şəhid və qazi ailələrinə dövlətin və Prezidentin xüsusi qayğısı var:
“Bu gün şəhid ailələrinin heç bir şeyə ehtiyacı yoxdur. Onların sadəcə xüsusi diqqətə ehtiyacı var. O insanların hər biri bizim diqqət mərkəzimizdə olmalıdır”.