BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Zəm-zəm suyunun möcüzəsi — VİDEO

11 dekabr 2019 11:05:31

Məkkə şəhərində, Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür.

“Zefer.Az” xəbər verir ki, Zəm-zəm suyu bir çox dərdin dərmanıdır və alimlər bu günə qədər bu suyun sirrini tapa bilmirlər.

Dünya Səhiyyə Təşkilatının xəbərinə əsasən Zəm-zəm suyu dünyanın ən sağlam sularından sayılır. Amma müasir elm dünyası bu günə qədər də Zəm-zəm suyunun sirrini tapa bilmir. Zəm-zəm suyu başqa sulardan çox fərqlidir.