Bank Respublika Aprel şəhidlərinin övladlarına bayram sevinci yaşadıb
01 iyun 2020 09:37:07
2016-cı ilin Aprel döyüşləri ordumuzun gücünü, xalqımızın birliyini nümayiş etdirərək, müasir tariximizə şərəfli bir zəfər səhifəsi kimi yazıldı. Dövlət tərəfindən aprel şəhidlərinin ailələrinə göstərilən xüsusi dəstək və qayğı ilə görülən xeyirxah işlərə ölkəmizdə çoxsaylı sosial layihələr həyata keçirən Bank Respublika da, öz töhfəsini verib.
Zəfər.Az bildirir ki, Bank, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə “Sabah” FK və AFFA-nın dəstəyi ilə aprel şəhidlərinin övladları üçün “1 iyun – Uşaqların Müdafiəsi Günü”nə həsr olunmuş təqdirəlayiq aksiya həyata keçirib. Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən aksiya çərçivəsində “Bank Respublika”nın nümayəndələri və “Sabah” FK-nun tərkibində oynayan milli komandanın üzvləri, vətənin müdafiəsi uğrunda igidlik göstərərək şəhid olmuş əsgər və zabitlərin övladlarını ziyarət edib, onlara müxtəlif hədiyyələr təqdim edərək bayram sevinci yaşadıblar.
Keçirilən görüşlərdə Bankın nümayənədləri Aprel döyüşlərinin xalqımızın şanlı tarixi olduğunu vurğulayaraq bildiriblər ki, bütün şəhid övladları atalarının igidliklərinə görə qürur duymalıdırlar və Azərbaycan xalqı hər zaman onların qəhrəmanlıqlarını xatırlayacaq.
Aksiyanı həyata keçirməkdə məqsəd, vətən uğrunda canından keçmiş aprel şəhidlərinin ailələrinə diqqət yetirməklə, onların bayram günlərində unudulmadıqlarını bildirmək olub.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.