Avropa Birliyindən Trampa çağırış - Qərarını dəyiş!
31 may 2020 13:26:04
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrell ABŞ-ı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əlaqələri dayandırması barədə qərarını yenidən nəzərdən keçirməyə səsləyib.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, Ursula fon der Leyen və Jozep Borrell bununla bağlı birgə bəyanat yayaraq, AB-nin rəhbərlik etdiyi Dünya Səhiyyə Assambleyasının koronavirusla mübarizədə əldə edilən nəticələrin müstəqil araşdırılması barədə qərar verdiyini bildirib:
"Qlobal təhdid qarşısında ortaq həll yolları tapılmalı və işbirliyini inkişaf etdirməliyik. Beynəlxalq nəticələri zəiflədən addımların qarşısı alınmalıdır. Bu səbəbdən ABŞ-ı elan edilmiş qərara yenidən baxmağa çağırırıq".
Qeyd edək ki, Prezident Donald Tramp ABŞ-ın ÜST ilə əlaqələrini kəsdiyini bəyan edib