İri ticarət mərkəzləri və "Mall"lar açılır
31 may 2020 11:03:13
Bu gündən Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunub.
Zəfər.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 29-da qərar verib.
Belə ki, 31 may 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində iri ticarət mərkəzləri və "Mall"ların fəaliyyəti nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla bərpa edilib.
Qeyd edək ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.(Modern.az)