BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid ailələrinə sovqatların paylanması müqəddəs Ramazan bayramına təsadüf edib

30 may 2020 14:22:15

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində koronavirus pandemiyası dövründə Heydər Əliyev Fondu və Regional İnkişaf İctimai Birliyi tərəfindən minlərlə aztəminatlı və həssas təbəqədən olan ailələrə ərzaq soqvatları paylanmışdır.

 

Heydər Əliyev Fondu və və Regional İnkişaf İctimai Birliyi tərəfindən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə üzv olan qəhrəman şəhidlərimizin ailə üzvlərinə sovqatların paylanması müqəddəs Ramazan bayramı günlərinə təsadüf etmişdir.

 

Xalqımızın milli bayramlarında, əlamətdar günlərdə şəhid ailələrinə göstərilən diqqət və qayğı Mehriban xanım Əliyevanın dəyərlərimizə və Vətənimizin azadlığı və bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımıza göstərdiyi ehtiram və sayğının bariz nümunəsidir. Heydər Əliyev Fondunun, Regional İnkişaf İctimai Birliyinin cəmiyyətimizdə milli-mənəvi dəyərlərin qorunmasında göstərdiyi xidmətlərin və həyata keçirdiyi layihələrin önəmi və dəyəri yüksəkdir.

 

Şəhid ailələrinə həmişə sayğı və ehtiram hissi ilə yanaşdıqlarına, onların sosial-məişət, sağlıq problemlərini diqqətdə saxladıqlarına görə Heydər Əliyev Fonduna, RİİB təşkilatına Təşkilatımız adından minnətdarlığımızı bildiririk.

 

Vətənimizin, dövlətimizin azad, güclü gələcəyi, ümumi mənafeyimiz naminə daha güclü birləşməli, daha əzmlə çalışmalıyıq. Mehriban xanım Əliyevanın yaratdığı mərhəmət və xeyirxahlıq ənənəsi cəmiyyətimizdə hər bir kəs üçün həyat ideyası olmalıdır. Vətənimizin gələcəyi hər birimizdən asılıdır. Bu gün ziyarət edilən ağbirçək bir şəhid anası, başına sığal çəkilən şəhid övladı, əli öpülən şəhid atası bu Vətənin ən dəyərli insanı olduğunu məhz Mehriban xanımın yaratdığı və qoruduğu dəyərlər sayəsində hiss edir. Biz xalq olaraq bütün çətinliklərin öhdəsindən birgə gələcəyik.

 

Bir daha bu layihədə əməyi olan hər bir kəsə, RİİB könüllülərinə şəhid ailələri adından təşəkkürümüzü bildiririk.