ABŞ uyğur türkləri ilə bağlı QƏRAR VERDİ – Çinə sanksiyalar tətbiq olunacaq
28 may 2020 12:39:20
Çin ABŞ Konqresinin Nümayəndələr Palatası Çinin Sincan Uyğur Muxtar Rayonu və digər ərazilərdə uyğurları, digər milli və dini azlıqları sıxışdırmaqda ittiham edən qanun qəbul edib.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, qanun Çinin yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə imkan verəcək.
“Bu gün biz elan edirik ki, uyğurların tərəfindəyik və istismar olunan hər bir kəsin yanındatıq”-deyə konqresmen Bred Şerman açıqlama verib.
ABŞ Çinin 1 milyondan artıq uyğur türkünü islah-əmək düşərgələrində saxladığını açıqlayıb. Sayları 10 milyondan çox olan müsəlman uyğurlar Çində terrorizmlə əlaqəli olduqları ittihamı ilə repressiyalara məruz qalır.