BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Asan İmza” vətəndaşlar üçün ödənişsiz olacaq

22 may 2020 16:31:48

20 iyun 2020-ci il tarixindən etibarən "Asan İmza" mobil elektron imza xidməti vətəndaşlar üçün 3 il müddətinə ödənişsiz təqdim ediləcək.

 

"Asan İmza" xidmətinin operatoru olan "B.EST Solutions" şirkətindən Zəfər.az-a verilən məlumata görə, "Asan İmza" vasitəsilə vətəndaşlara sosial sığorta, pensiyalar, sosial müavinətlər, nağdsız ödənişlər, onlayn kreditləşmə, notarius və sair xidmətlərdən yararlanmaq imkanı yaradır.

 

Xatırladaq ki, vətəndaşlar üçün nəzərdə tutulan bu xidmətin aktivləşdirilmə qiyməti 18 manat təşkil edir.

 

"Asan İmza" xidmətinin sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulan "Biznes" və "Dövlət" tiplərinin qiyməti, həmçinin "Asan İmza" istifadəçilərinin bütün kateqoriyaları üçün aylıq abunə haqqı dəyişilməz olaraq qalacaq.(Modern.az)

 

Qeyd edək ki, "Asan İmza" xidmətini mövcud mobil nömrədə aktivləşdirmək olar və yeni Sim-kartın alınmasına ehtiyac yoxdur.