BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

2 “Aprel şəhidi” ailəsinin mənzil sevinci – “Ad günümdə ilk dəfə belə hədiyyə aldım” - VİDEOREPORTAJ

10 oktyabr 2019 15:14:53

"ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbüsü ilə Aprel şəhidləri gizir Rahim Tağıyevin və gizir Rüstəm Əhmədovun ailələrinə Müdafiə Nazirliyi tərəfindən mənzil verilməsi barədə məlumat vermişdik.

Bu xoş hadisə münasibətilə şəhid gizir Rahim Tağıyevın xanımı Vüsalə Tağıyeva və oğlu, şəhid gizir Rüstəm Əhmədovun isə atası Oruc Əhmədov bugün "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin qonağı olub. Birliyin sədri Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc xanım Alızadə tərəfindən şəhid gizir Rahim Tağıyevin kiçik oğlu Nicata doğum günü münasibəti ilə hədiyyəsi verilib və Şəhidlərimizin ailələri ilə birlikdə Nicatda öz təssüratlarını bölüşüblər.

Zəfər.az modern.az-a istinadən həmin videoreportajı təqdim edir.