Daha bir ali təhsil müəssisəsi "Vətən məndən başlayır!" layihəsinə qoşuldu
25 noyabr 2019 12:00:33
Azərbaycan İlahiyyat İnstitutu “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin (İB) “Vətən məndən başlayır!” sosial layihəsinə qoşulub.
İlahiyyat İnstitutundan Zefer.az-a bildirilib ki, ilboyu davam edəcək kampaniyanın məqsədi Azərbaycan universitetlərində təhsil alan gənclər arasında vətənpərvərliyin və dövlətçilik ideologiyasının təbliğ olunması naminə öz fəaliyyətlərində daha çalışqan, məqsədyönlü, əzmkar olmağı təşviq etməkdir.
Hər bir gəncin Vətən naminə üzərinə düşən məsuliyyətin fərqində olması, daha yaxşı Azərbaycan üçün fəaliyyətinin həqiqi dəyərini anlaması zəruri əhəmiyyət daşıyır. Bu kampaniyada iştirak edəcək tələbələr sübut edəcəklər ki, hər kəs Vətənin bir parçasıdır və hamı Azərbaycan naminə birləşməlidir.