Hüquqi şəxslərlə bağlı dəyişiklik edildi
19 may 2020 16:09:46
Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydası dəyişib.
Zəfər.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirə çıxarılan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının məhkəmənin qərarı ilə yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi barədə məlumatlar da dövlət reyestrinə daxil ediləcək.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.(Modern.az)