“Təkcə Almaniyada 4000 qanunsuz azərbaycanlı miqrant var” - General
19 may 2020 13:36:28
“İnsan alverinə qarşı işlər görmək bizim vəzifə borcumuzdur”.
Zəfər.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov deyib.
O bildirib ki, hazırda “Reklam haqqında” qanunun tələbləri pozulur. Bunun qarşısının alınması üçün tədbirlər görüləcək.
"Regionlarda maarifləndirmə işlər davam etdirilir. Gələcəkdə gənclərimizin bu yola düşməsinin qarşısı maarifləndirmə tədbirləri ilə alınmağa çalışılır.
Məlahət İbrahimqızının sualına cavab olaraq demək istəyirəm ki, insan alveri qurbanlarının çoxu qadınlardır. Ona görə də çox vaxt onlar haqqında yüngül cəzalar verilir. Beynəlxalq təşkilatlar da çox vaxt bunu mənfi qiymətləndirir. Adətən hər bir kəs qadın və ya kişi olmasından asılı olmayaraq, qanun qarşısında bərabərdir. 36 % həbs, 64 % yüngül cəzalar verilib.
Qənirə Paşayevanın sualı üzrə deyirəm ki, axtarışda olan şəxslərin ölkəyə ekstradasiya olunması prosesi uzun sürən prosesdir. Ona görə də faiz hesabatda aşağı göstərilib. Axtarışda olan şəxslərin harada olması ilə bağlı məlumatlar bizdə var.
Fazil Mustafanın qaldırdığı məsələ çox aktualdır. Dilənçilər üçün sığınacaq olsa, çox yaxşı olar. Çünki bir hər gün bununla mübarizə aparırıq. Siyavuş Novruzovun qaldırdığı məsələ də çox aktualdır. Bu gün tək Almaniyada 4000 nəfər qeyri-qanuni yaşayan miqrantımız var.
Adlarını demokratlar qoyanlar heç bir siyasi fəaliyyəti olmayan gənclərə saxta sənəd verirlər. Bunların hamısının siyahısı var. Onların bir qismi ekstradisiya olunub, bu istiqamətdə işlər davam etdirilir. Bu məsələ ciddi nəzarətdə saxlanılır”.
S.Əzimov qeyd edib ki, Almaniyanın müvafiq qurumları tərəfindən 1 500 nəfərin deportasiya olunması ilə bağlı qərarlar çıxarılıb. 2 500 nəfərlə bağlı isə müvafiq qərarın icrası müvəqqəti təxirə salınıb.
Bu məsələ bizim çox ciddi nəzarətimizdədir. Onlar saxta sənədlərlə ölkədən gediblər. Bu hamıya bəllidir. Kimlər tərəfindən necə göndərildiyni biz bilirik”.(Modern.az)