Azərbaycanda nazir özünə yeni müşavir təyin etdi
19 may 2020 13:28:08
İqtisadiyyat Nazirliyində kadr dəyişikliyi olub.
Zəfər.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov əmr imzalayıb.
Əmrə əsasən, Sahir Məmmədxanov İqtisadiyyat nazirinin müşaviri təyin olunub.
Qeyd edək ki, S.Məmmədxanov bu təyinatadək Vergilər nazirinin birinci müavini vəzifəsində çalışıb.
O, 1993-cü ildə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994-1999-cu illərdə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.
1999-cu ildə “İri vergi ödəyiciləri ilə iş üzrə” Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışıb.
2001-2009-cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi olub.
Azərbaycan Respublikası Prezidentinin 04 mart 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilib. 29 mart 2016-cı ildən isə Vergilər nazirinin birinci müavini vəzifəsində çalışıb.(Modern.az)