“Cümhuriyyət qurucularımızın çoxunu ermənilər qətlə yetirib” - Qənirə Paşayeva
19 may 2020 13:15:47
“Biz Azərbaycan gerçəklərinin dünyada daha çox yayılması üçün gücümüzü daha da artırmalıyıq”.
Zəfər.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında gündəliyin müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib. O bildirib ki, Ermənistanın Baş Naziri Nikol Paşinyanın babasının faşistlərlə əməkdaşlığının faktlarla üzə çıxmasından sonra ermənilər Azərbaycan tarixinə qarşı hücumları artırıb:
“Biz buna qarşı da mübarizəmizi artırmalıyıq. Ermənilərin faşistlərə müsbət münasibəti Qaregin Njdeyə qoyulan heykəllə, Paşinyanın babası ilə bağlı çıxan sənədlərlə bir daha təsdiq olundu. Cümhuriyyət tariximizə qarşı ermənilərin hücumlarına diaspor tərəfindən yüksək səviyyədə cavab verilməlidir. Bizim Cümhuriyyət qurucularımızın çoxu da ermənilər tərəfindən qətlə yetirilib”.(Modern.az)