Milli Məclisin sədri daha bir köməkçisini işdən çıxardı
18 may 2020 17:45:39
Milli Məclisin Sədri Sahibə Qafarovanın daha bir köməkçisi vəzifəsindən azad edilib.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı S.Qafarova müvafiq sərəncam imzalayıb.
Sərəncamla Ruslan Şahbaz oğlu İsmayılov Milli Məclis Sədrinin köməkçisi vəzifəsindən azad olunub.