Qarabağ separatçılarının liderinin “andiçməsi” Şuşada olacaq
18 may 2020 17:32:01
Azərbaycanın işğal altındakı Qarabağ torplaqlarında yaradılmış qondarma rejimin yeni “Prezidenti” Araik Arutunyan mayın 21-də “inauqurasiya” mərasimi keçirəcək.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, mərasim Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək. Maraqlıdır ki, separatçı rejim rəhbərinin “inauqurasiya” mərasimi Şuşa mədəniyyət evində keçiriləcək.
1992-ci ilin mayında Şuşanı zəbt edən erməni birləşmələri mədəniyyət evinə də od vurmuşdular. Sonradan Kanadadan olan diaspor nümayəndələrinin maliyyəsi hesabına mədəniyyət evi bərpa olunub. Restavrasiya işləri zamanı binanın üzəırində daxilindəki Azərbaycan ornamentləri məhv edilib.