Kamran Əliyev 5 rayonun prokurorunu təqaüdə göndərdi - SİYAHI
15 may 2020 11:38:22
Azərbaycanda 5 rayonun prokuroru vəzifədən azad edilib.
Zəfər.az xəbər verir ki, bununla bağlı yeni Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, aşağıda adları qeyd olunan şəxslər təqaüdə göndərilib:
Xətai rayon prokuroru Yusif İldırımzadə;
Sabunçu rayon prokuroru Ceyhun Şirinov;
Nəsimi rayon prokuroru Salman Məmmədli;
Qəbələ rayon prokuroru Məqsəd Orucov;
Yevlax rayon prokuroru Elxan Pənahov;
Eyni zamanda Baş Prokurorluğun Maddi-texniki təminat idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Niyaz Məmişov da təqaüdə göndərilib.
Qeyd edək ki, Elxan Pənahov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşıdır. (Sabah.az)