Ramil Usubovun qudası işdən çıxarıldı
15 may 2020 11:31:55
Baş prokuror Kamran Əliyevin əmri ilə Azərbaycanda 5 rayonun prokuroru vəzifədən azad edilib.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, təqaüdə göndərilənlər arasında Xətai rayon prokuroru Yusif İldırımzadə də var.
Qeyd edək ki, 2007-ci ildən Xətai rayonunun prokuroru vəzifəsini tutanYusif İldırımzadə sabiq Daxili İşlər naziri, Təhlükəsizik Şurasının katibi Ramil Usubovun qudasıdır.
O, eyni zamanda bir müddət əvvəl bağlanan "AmrahBank"ın rəhbəri Yunis İldırımzadənin qardaşıdır.