BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Vasif Talıbov Baş Naziri işdən çıxardı

14 may 2020 16:35:14

Naxçıvan Muxtar Respublikasının Baş Naziri Əlövsət Baxşıyev vəzifəsindən azad edilib.

 

Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 14-də fərman imzalayıb.

 

Fərmana əsasən, Əlövsət Qəzənfər oğlu Baxşıyev Naxçıvan Muxtar Respublikasının Baş Naziri vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, Ə.Baxşıyev 2000-ci ilin fevralın 11-dən Naxçıvan Muxtar Respublikasının Baş Naziri vəzifəsində çalışırdı.