DTX və Baş Prokurorluq Dövlət Sərhəd Xidmətində əməliyyat keçirir
13 may 2020 14:34:39
Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
Zəfər.az-ın DTX-nın saytına istinadən verdiyi məlumata görə, hazırda araşdırmalar davam etdirilir.
İctimaiyyətə əlavə məlumat veriləcək.