BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Zəfər”dən məişət zorakılığı ilə bağlı yeni - LAYİHƏ

26 avqust 2019 17:06:48

“Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığının mənfi nəticələrinin aradan qaldırılmasına dəstək” adlı layihə həyata keçirəcək.

 Zefer.az xəbər verir ki, layihə çərçivəsində Abşeron rayonu Qobu və Masazır qəsəbələrində yerləşən 3 köçkün məktəbində müəllim, şagird, valideyin kollektivi məişət zorakılığının qarşısının alınmasının hüquqi imkanları, məişət zorakılığının mənfi hüquqi, tibbi, sosial nəticələri barədə maarifləndiriləcək, yüksək mədəniyyətə, qarşılıqlı hörmətə əsaslanan ailə münasibətləri təbliğ ediləcək.

 Şagird, müəllim və valideyin kollektivi arasında məişət zorakılığı, onun törətdiyi fəsadlar, zorakılığın qarşısının alınması yolları, məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiriləcək.

Həmçinin, “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunun”dan irəli gələn məsələlər iştirakçıların diqqətinə çatdırılacaq, sadə dillə onlara izah ediləcək. İştirakçılar məişət zorakılığının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işlərlə bağlı bilgiləndiriləcək.

İştirakçıları maraqlandıran suallar ekpertlət tərəfindən cavablandırılacaq. Layihə iştirakçılarına mövzunu əhatə edən buklet paylanacaq. Layihə 3 ay əzində (avqust-oktyabr) həyata keçiriləcək.