İlham Əliyevdən BMT Baş Assambleyasına yeni TƏKLİF
07 may 2020 13:08:40
Azərbaycan yeni növ koronavirusla (COVID-19) mübarizədə beynəlxalq ictimaiyyətin səylərini gücləndirmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasını təklif edib.
Zəfər.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib.
“Əlbəttə, bizi ümumi dərd birləşdirir. Buna görə də Qoşulmama Hərəkatının sammitinin keçirilməsində əsas məqsəd təşkilatın daxilində həmrəylik nümayiş etdirilməsi, həmçinin aparıcı beynəlxalq təşkilatlarla effektiv əməkdaşlıq idi. Biz mənim təşəbbüsümlə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusa həsr olunmuş xüsusi sessiyasının çağırılmasını təklif etmişik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan dünya miqyasında pandemiya ilə mübarizədə digər səylər də göstərib:
“Biz Qoşulmama Hərəkatının nisbətən ölkələrinə təxirəsalınmaz dəstək verilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırmışıq. Bu, bizim ikinci donor ödəməmizdir. Bundan əvvəl mat ayında qlobal pandemiya ilə mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırmışdıq”