1991-ci ildə Azərbaycanın böyük UĞURU: “Halqa” əməliyyatından 29 il ötür
30 aprel 2020 19:22:47
Torpaqlarımızın işğaldan azad edilməsinə yaxınlaşdıran TARİX
1991-ci il aprelin 30-da SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Azərbaycan SSR-nin Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəi (OMON) və ordu hissələri Qarabağda ermənilərin qanunsuz silahlı birləşmələrinə və terrorçulara qarşı “Halqa” əməliyyatına başladı.
Zəfər.Az bildirir ki, əməliyyat keçmiş Şaumyan və Qasım İsmayılov rayonları (indiki Goranboy), Göygöl və keçmiş Ağdərə rayonlarının ərazisində azərbaycanlılara basqın edən, onları öldürüb, girov götürən, həmçinin, qonşu regionlar arasında nəqliyyat əlaqələrinə maneçilik törədən erməni terrorçularına qarşı idi.
"Halqa" əməliyyatının keçirilməsi barədə qərar Prezident Ayaz Mütəllibovun başçılığı altında Azərbaycan Müdafiə Şurasının 10 aprel tarixli iclasında qərarar alınmışdı. Ali Sovetin Rəyasət Heyəti qərarı dəstəkləmişdi.
Aprelin 16-da Prezident Ayaz Mütəllibovun o zamankı “KQB” (Dövlət Təhlükəsizlik Komitəsi) rəhbəri Vaqif Hüseynov, daxili işlər naziri Məhəmməd Əsədov və Baş prokuropr İsmət Qayıbovun iştirakı ilə keçirilən iclasında qərara alınmışdı.
Ermənistan rəhbərliyinin Qarabağı işğal etmək və müstəqillik tələblərindən, habelə silahlı mübarizə yolunu seçməsindən narazı qalan Moskva prezident Mixail Qorbaçovun başçılığı ilə əməliyyata razılığını vermişdi.
Əməliyyata daxili işlər naziri, mərhum Məhəmməd Əsədov şəxsən başçılıq edirdi.
1991-ci il aprelin 30-da “Halqa” əməliyyatının başlandığı gün keçmiş Şaumyan rayonunun Getaşen (indiki Çaykənd) kəndinə və Martunaşen (indiki Qarabulaq) daxil olan Daxili Qoşunlar və OMON dəstələri erməni silahlılarının müqaviməti ilə üzləşmişdi.
Döyüşlərdə SSRİ Daxili Qoşunlarının Bakı alayının komandiri polkovnik Maşkovu əsir götürülmüşdü. Kəndin dinc sakinlərinin arxasında gizlənən silahlılara qarşı mübarizə çətinlik törətsə də, may ayı ərzində əməliyyat uğurla yerinə yetirildi.
Mayın 6-da isə Ermənistandan Çaykəndə döyüşməyə gedən silahlı dəstənin 14 üzvü öldürülmüş, 10 nəfər isə əsir götürülmüşdü.
“Halqa” əməliyyatı nəticəsində 100-dən artıq erməni yaraqlısı, o cümlədən, ölümündən sonra Ermənistanın Milli Qəhrəmanı adını alan Tatul Krpeyan öldürülmüş, 200-dən artıq silahlı birləşmə üzvü əsir götürülmüşdü.
“Halqa” Şuşa, keçmiş Aşağı Ağcakənd və Hadrut rayonlarında 20-dən artıq kəndin qanunsuz birləşmələrdən azad olunmasını təmin etdi.
Moskvadakı siyasi ab-havanın dəyişməsi “Halqa” əməliyyatını sonuna qədər aparmağa imkan vermədi. Buna baxamayaraq, əməliyyatın ilkin mərəhələdə qarşıya qoyulan hədəflərə çatması, Qarabağ münaqişəsinin növbəti mərhələsində düşmənə keçmiş Şaumyan rayonu ərazisindən təcavüz üçün baza kimi istifadə etməsinə mane oldu.(Modern.az)