Prezident Əli bəy Hüseynzadənin qızının vəfatı ilə əlaqədar başsağlığı verdi
25 aprel 2020 13:13:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımın vəfatını dərin kədər hissi ilə qarşıladığını bildirib.
Zəfər.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu ağır itkidən kədərini bu sözlərlə ifadə edib:
“Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Turan Alpsarın vəfat etməsi xəbərini dərin kədər hissi ilə qarşıladım.
Feyzavər Turan Alpsar böyük mütəfəkkirin ədəbi-elmi irsinin qorunub saxlanmasında mühüm rol oynamışdır. O, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.
Allah rəhmət eləsin!
Bakı şəhəri, 25 aprel 2020-ci il”.