Kompensasiyalar sahibkarlara may ayında da veriləcək - RƏSMİ
26 aprel 2020 13:01:41
Dövlət tərəfindən kompensasiyalar may ayında da sahibkarlara və muzdla çalışan işçilərə veriləcək.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir məhdud sayda işçinin işə qayıdacağını deyib:
“Tövsiyələrdən biri ondan ibarətdir ki, istər ticarət mərkəzlərində, istərsə də istehsal müəssisələrində minimal sayda əməkdaş işə cəlb olunsun. Belə olduğu şəraitdə nəzərə alsaq ki, fəaliyyət tam bərpa edilmir, bu, müəssisələrin aktivliyinə də öz təsirini göstərəcək. Bütün bunları proqnzlışdırararaq dövlət tərəfindən dəstəyin həm aprel, həm may ayı üçün verilməsi nəzərdə tutulur. Çünki karantindən çıxan kimi iqtisadi fəallıq dərhal bərpa edilməyəcək”.(Modern.az)