Passiv VÖEN-i olan vətəndaşlara şad xəbər
26 aprel 2020 12:57:11
“Passiv VÖEN-i olan vətəndaş da maliyyə dəstəyi almaq üçün aidiyyəti orqanlara müraciət etməlidir”.
Zəfər.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, passiv VÖEN-i olan vətəndaşlara birdəfəlik ödəmə ilə bağlı imtina mesajı gələrsə, vətəndaş aidiyyəti orqan üzrə müraciət etməlidir.
“Fərdin VÖEN-ə malik olması neytral xarakter daşıyır. 190 manat yardım almaq üçün müəyyən meyarlar nəzərdən keçirilir. Həmin meyarlar arasında fərdin VÖEN-ə malik olması önəm daşımır. Fərdi müraciətə cavab olaraq VÖEN-i olan vətəndaşa imtina verilibsə, məsələyə aydınlıq gətirilməsi üçün aidiyyəti orqan üzrə sualını ünvanlansa yaxşı olar”.