BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Əmanətlərin tam sığortalanması müddəti 9 ay UZADILDI

26 aprel 2020 12:35:55

Əmanətlərin tam sığortalanması müddəti 9 ay uzadılıb.

 

Zəfər.az xəbər verir ki, Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu” imzalayıb. Sənəddə Qanunun 3-cü maddəsində dəyişiklik olunub. Dəyişikliyə əsasən, əmanətlərin tam sığortalanması müddəti 9 ay uzadılıb.

 

Qeyd edək ki, əmanətlərin tam sığortalanması bu il martın 4-dək olan müddəti əhatə edirdi.