Biz sizinlə fəxr edirik
09 aprel 2020 13:11:04
1992-ci il 25 martda Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müs-təsna xidmətlərə və rəşadətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adı təsis olundu.
İlk dəfə 6 iyun 1992-ci ildə daxili işlər orqanlarının 11 nəfər əməkdaşına ölümündən sonra verilib:
Məhərrəm Mirəziz oğlu Seyidov
Əliyev İlham Müzəffər oğlu
Yuri Petroviç Kovalyov
Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov
Əlif Lətif oğlu Hacıyev
Səfərəli Qurban oğlu Məmmədov
Yusif Əliyusif oğlu Əliyev
Vüqar Tofiq oğlu Hüseynov
Nofəl Zahid oğlu Quliyev
Mehdi Yusif oğlu Abbasov
Valeh Əlirza oğlu Müslümov
Bu günə qədər 217 nəfərə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Lakin iki nəfər ağır cinayət-lər törətdiklərinə görə ümummilli liderimiz Heydər Əliyevin fərmanları ilə Surət Davud oğlu Hüseynov (30 oktyabr 1994-cü il. № 236) və Rasim Ağa oğlu Əkbərov (18 iyul 2001-ci il. №537) “Azərbaycanın Milli Qəhrəmanı” adından məhrum edilmişdir.
Hal-hazırda 215 nəfər rəsmi qeydiyyatdadır.
Xocalının müdafiəsi zamanı göstərdikləri qəhrəmanlıqlara görə 8 nəfərə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib:
Əlif Lətif oğlu Hacıyev
Aqil Sahib oğlu Quliyev
Tofiq Mirsiyab oğlu Hüseynov
İnqilab Ələkbər oğlu İsmayılov
Allahverdi Teymur oğlu Bağırov
Araz Bahadır oğlu Səlimov
Ələsgər Xanlar oğlu Novruzov
Füzuli Salah oğlu Rüstəmov
2 nəfər qadına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib:
Salatın Əziz qızı Əsgərova. Azərbaycanın ilk şəhid qadın jurnalistidir. "Molodyoj Azerbaydjana" qəzeti-nin müxbiri idi (06 noyabr 1992-ci il),
Gültəkin Məlik qızı Əsgərova. Hərbi həkim idi (20 noyabr 1993).
4 nəfər jurnalistə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”adı verilib:
Salatın Əziz qızı Əsgərova (06 noyabr 1992-ci il)
Çingiz Fuad oğlu Mustafayev (06 noyabr 1992-ci il)
Alı Mustafa oğlu Mustafayev (06 noyabr 1992-ci il)
Fəxrəddin İbrahim oğlu Şahbazov (04 dekabr 1992-ci il)
Peşə fəaliyyətini yerinə yetirərkən şəhid olmuşlar. S.Əsgərova və Ç.Mustafayev Qarabağ müharibəsinin ən qaynar nöqtələrində, A. Mustafayev və F. Şahbazov isə 1991-ci il 20 noyabrda Qarakənd faciəsi (hərbi helikopterin vurulması) zamanı şəhid ollar.
Azərbaycanın Hərbi Lisey və Ali Hərbi Məktəblərində təhsil almış “Azərbaycanın Milli Qəhrəmanı”ları ilə tanış olaq:
Cəmşid Naxçıvanski adına Hərbi Lisey:
Cəlil Əziz oğlu Səfərov
Mətləb Kamran oğlu Quliyev
Rasim Səxavət oğlu İbrahimov
Elşad Saday oğlu Əhədov
Rövşən Telman oğlu Əkbərov
Eldar Harun oğlu Məmmədov
Əfqan Qaraxan oğlu Hüseynov
Şükür Nəriman oğlu Həmidov
Murad Telman oğlu Mirzəyev
Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Ali Hərbi Məktəbi:
Rasim Səxavət oğlu İbrahimov
Əfqan Qaraxan oğlu Hüseynov
Şükür Nəriman oğlu Həmidov
Heydər Əliyev adına Ali Hərbi Məktəbi:
Kərim Məhəmməd oğlu Kərimov
Məhəmməd Ələsgər oğlu Həsənov
Şikar Şükür oğlu Şikarov
Rasim Səxavət oğlu İbrahimov
Əfqan Qaraxan oğlu Hüseynov
Fariz Çoban oğlu Qəhrəmanov
Fəxrəddin Mövsüm oğlu Cəbrayılov
Arif Vəliş oğlu Qubadov
Eldar Əsgər oğlu Ağayev
Şükür Nəriman oğlu Həmidov
Samid Gülağa oğlu İmanov
“Azərbaycanın Milli Qəhrəmanı”ları ilə tanış olduqda başqa xalqların nümayəndələrini görürük. Onları birləşdirən bir amal olmuşdur: Azərbaycan sevgisi. Azərbaycanlılarla birgə Qarabağımız uğrunda döyüş-müş, Silahlı Qüvvələrimizin formalaşmasında və dövlətimizin qorunmasında xidmətlər göstəriblər:
Yuri Petroviç Kovalyov – rus
Albert Aqarunoviç Aqaronov – yəhudi
Yevgeni Nikolayeviç Karlov – Rusiya Federasiyası
Anatoli Nikolayeviç Davidoviç – Belarus
Ruslan Aleksandroviç Polovinko – Ukrayna
Serqey Aleksandroviç Senyuşkin – Rusiya Federasiyası
Viktor Vasilyeviç Seryokin – Gürcüstan
İsgəndər Söhrab oğlu Aznaurov – Özbəkistan (Axısqa türkü)
Mixail Aleksandroviç Slesaryev – Rusiya Federasiyası
Hazırda sağ olan Milli Qəhrəmanlar 17 nəfərdir:
Mədət Qəzənfər oğlu Quliyev
Rövşən Telman oğlu Əkbərov
Fəxrəddin Mövsüm oğlu Cəbrayılov
Məhəmməd Ələsgər oğlu Həsənov
Sahil Ələmdar Məmmədov
Şükür Nəriman oğlu Həmidov
Vahid Həbibullu oğlu Quliyev
Mirzə Məcid oğlu Quliyev
Bəxtiyar Əzizulla oğlu Allahverdiyev
Fariz Çoban oğlu Qəhrəmanov
İntiqam Vahid oğlu Atakişiyev
Fariz Əlövsət oğlu Mədətov
Möhsüm Şahin oğlu Məmmədov
Zabit Adil oğlu Quliyev
Ehtiram İsrayıl oğlu Əliyev
Maşallah Babakişi oğlu Adullayev
H.Əliyev (1993-2003-cü illər) tərəfindən 86 nəfərə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
İlk dəfə 24 avqust 1993-cü ildə 3 nəfərə “Azərbaycanın Milli Qəhrəmanı” adı verib:
Sultanağa Nəhmət oğlu Bayramov
Etibar Böyükağa oğlu Əliyev
Paşa Qurban oğlu Təhməzov
Bu üç qəhrəman dövlətçiliyimizin qorunması uğrunda öz canlarını əsirgəmirlər. Beləki Əlikram Hümbətov öz quldur dəstəsi ilə Lənkəran şəhərində ağır cinayətlər törətdiyi zamanlarında (23 avqust 1993-cü il-də) faciəli surətdə həlak olmuşlar.
Çingiz Adil oğlu Babayev.
"N" saylı hərbi hissədə qərərgah rəisi vəzifəsində çalışır. Rütbəsi Baş Leytenant idi. Bakı şəhərində Ulduz və Nəriman Nərimanov metrostansiyası arasında baş verən faciə (qatarda baş verən yanğın) zamanı çox böyük qəhrəmanlıqlar göstərir. Vaqonlarda olan insanları xilas edir. Lakin başqalarının həyatını xilas edən zaman öz həyatını qurban verir. Ölümündən sonra prezidenti Heydər Əliyevin fərmanı ilə (3 noyabr 1995-ci il № 506.) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir
H.Əliyev sonuncu dəfə 12 yanvar 1999-cu ildə 2 nəfərə “Azərbaycanın Milli Qəhrəmanı” adı verib:
kapitan Rövşən Abdulla oğlu Rzayev (ölümündən sonra)
baş gizir Mixail Aleksandroviç Slesaryev
1999-cu il 8 yanvarda Qaradağ rayonundakı Qobustan qəsəbəsində yerləşən həbsxanasında bir qrup məh-bus qiyam qaldırmışlar. Baş vermiş qiyamın qarşısının alınmasında, terrorçuların zərərsizləşdirilməsində, girov götürülmüş insanların həyatının xilas edilməsində qəhrəmanlıq və şücaət göstərdiklərinə görə.
Prezident İlham Əliyev (2003-cü ildən) tərəfindən cəmi 6 nəfərə “Azərbaycanın Milli Qəhrəmanı” adını verilib:
Eltun Xaləddin oğlu İsgəndərov.
2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib, döyüşün ağır yerində sərhəd pozucularından biri sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atıb, cəsur əsgəri-miz dərhal özünü qumbaranın üzərinə atıb, həlak olub, amma öz ölümü ilə əsgər və zabitlərimizin həyatını xilas edib. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli 349 saylı fərmanı ilə "Azər-baycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Mübariz Ağakərim oğlu İbrahimov.
18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu ara-sındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və za-bitini gözlənilmədən birinci həmlədə məhv edir.Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edə-rək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir.
Şükür Nəriman oğlu Həmidov
Murad Telman oğlu Mirzəyev
Samid Gülağa oğlu İmanov.
2016-cı il Aprel döyüşlərində göstərdikləri qəhrəmanlıqlara görə prezident İlham Əliyev tərəfindən 19 ap-rel 2016-cı il tarixli 1966 saylı sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Çingiz Salman oğlu Qurbanov.
Əsgər Ç.Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman şəhid oldu. 2017-cı ilin 7 fevralında Azərbaycan Res-publikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlə-rinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurba-nov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.
Hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidi bu qəhrəmanlar. Onların həyat və fəaliyyətini biz öyrənməliyik. Çünki Vətənimiz uğrunda şirin canlarını qurban verilib.(Modern.az)