Milli Məclis Elman Rüstəmovu Mərkəzi Banka üzv təyin etdi
09 aprel 2020 13:05:49
Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Zəfər.az xəbər verir ki, məsələ müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. Elman Rüstəmov çıxışı zamanı ona göstərilən etimada təşəkkür edib:
“Dövlət qurucluğu işlərində iştirak etməyimdən şərəf duyuram. İlk dəfədir ki, formalaşan yeni parlament üzvləri ilə görüşürəm. Bu çətin günlərdə sizə uğurlar arzulayıram. Mənə göstərilən etimada görə hər birinizə təşəkkür edirəm”.
Qeyd edək ki, sonuncu dəfə Milli Məclis E.Rüstəmovu bu vəzifəyə 3 aprel 2015-ci il tarixində, 5 il müddətinə təsdiqləyib. 9 aprel 2015-ci il tarixində isə Prezident İlham Əliyev bu təyinatla bağlı sərəncam imzalayıb. Ümumiyyətlə, 68 yaşlı E.Rüstəmov 25 ildir AMB-yə rəhbərlik edir.