Rusiya və Ermənistan XİN rəhbərləri Qarabağı müzakirə etdi
09 aprel 2020 12:52:33
Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan arasında telefon danışığı baş tutub.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, tərəflər koronavirus pandemiyası və Qarabağ münaqişəsini müzakirə ediblər.
Telefon zənginin Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğu vurğulanıb.