BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhidin xanımı koronavirusla mübarizəyə dəstək oldu

07 aprel 2020 12:05:16

Zəfər.az xəbər verir ki, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə aylıq maaşının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

 

Sevinc Alızadə Modern.az-n suallarını cavablandırarkən belə məsələni qabartmağın tərəfdarı olmadığını deyib:

 

Sadəcə, hər kəs bu təşəbbüsə dəstək olmalıdır. İndiki durumda pandemiya ilə mübarizə üçün həmrəy olmalı, birlik nümayiş etdirməliyik. Mən arzu edərdim ki, imkanı olan hər kəs Prezidentimizin çağırışına qoşulsun, biri-birinə kömək etsin, dəstək olsun. Belə çətin durumda Azərbaycan xalqı olaraq bizə yaraşan məhz budur”.