AŞPA Həmməruzəçiləri konstruktivlikdən uzaq mövqe ortaya qoyublar
07 aprel 2020 16:00:09
Həmməruzəçilər Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımadıqları halda hələdə konstruktivlikdən uzaqdırlar. Bir neçə gün bundan əvvəl Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitoriq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qeyl Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbərinə məktub ünvanlanıb. Həmin məktubda mart ayının 31-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində keçirilən qondarma seçkilərlə bağlı özlərinin bəyanatını əks etdirərək AŞPA-nın 1416 saylı qətnaməsini tam şəkildə dəstəklədiklərini və Dağlıq Qarabağ kimi qeyri qanuni bir qurumu tanımadıqlarını bildirmişdirlər. Bundan başqa həmməruzəçilər ATƏT-in Minsk qrupunun 31 mart tarixli bəyanatını tam şəkildə dəstəklədiklərini və bu bəyanata qoşulduqlarını bildirərək Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımadıqlarını da konkret ifadə etmişdirlər.
Zəfər.Az xəbər verir ki, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin sədri, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri millət vəkili cənab Səməd Seyidov Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib:
“Nümayəndə heyətinin rəhbəri kimi qeyd etmək istərdim ki, həmməruzəçilərin göndərilən məktubda verdiyi bu bəyanat müsbət olduğu halda orda əks olunan bəzi fikirlər bizdə ciddi narahatçılıq və narazıçılıq yaradır” Millət vəkili qeyd edib ki, həmməruzəçilərin bu məktubu bizim onlara daha öncədən ünvanladığımız məktuba cavab olaraq yazılib: “Onlar belə bir bəyanatı mənim məktubumdan sonra bildirsələr də münaqişənin araşdırılması səlahiyətində olmadığını ifadə etmişdirlər. Fikirimcə bunu məktubda yazaraq onlar böyük bir səhvə yol verdilər. Ona görə ki, Azərbaycan Avropa Şurasına (AŞ) daxil olaraq və 222 saylı sənədlə AŞ öhdəliklərini öz üzərinə götürərək Dağlıq Qarabağ münaqişəsinin də məruzəçilər tərərfindən diqqətdə saxlanılmasına razılıq bildirib”.
Səməd Seyidov vurğulayıb ki, onların bu hərəkəti təəssüf doğurur:
“Məruzəçilər “bizim mandata daxil deyil” cümləsini yazaraq faktiki öz səlahiyətlərindən, öz mandatlarından imtina etmiş olurlar. Ona görə ki, işğal nəticəsində yaranan məcburi köçkünlərin və qaçqınların hüquqlarının müdafiəsi, bu işğalın yaratdığı bütün problemlər sözügedən həmməruzəçilərin birbaşa müşahidə çərçivəsinə daxildir və Azərbaycanın AŞPA-da əsas fəaliyyət məqsədlərindən biridir. Azərbaycanı müşahidə edən, araşdıran, Monitorinq komitəsi tərəfindən təhlil edən şəxslərin öz bəyanatlarında “bu məsələ bizim mandata daxil deyil” ifadəsini işlədərək faktiki özlərini müşahidəçi missiyasından kənarlaşdırırlar. Təəssüf doğuran digər məsələ isə, insan hüquqları haqqında yerli yersiz müntəzəm olaraq bəyanatlar verən həmməruzəçilərin 1 milyondan çox qaçqının və məcburi köçkünün hüquqları tapdalandığı halda “bu bizim mandata daxil deyil” ifadəsini işlətməsidir”. “Bu cür möqeyə biz qəti etiraz edirik. Baxmayaraq ki, həmməruzəçilər ATƏT Minsk qrupunun 31 mart tarixli bəyanatına qoşulmaları haqqında bəyanat verirlər, onların həmən qurumun işlərinin təkrarlamaq istəməmələri də yanlışdır. AŞPA Dağlıq Qarabağ məsələsini həll etməsə də ona münasibət bildirə bilər və bildirib. 2005-ci ildə bu hadisə baş vermiş və deməli yenidən münasibət bildirmək mümkündür. Buna əlavə bir əsas isə AŞPA-nın öz rəsmi internet səhifəsindən görmək mümkündür. Orda 30 mart tarixində Gürcüstanın Abxaziya bölgəsi ilə bağlı AŞPA-nın bü ölkə üzrə həmməruzəçiləri konkret bəyanat veriblər. Deməli münasibət bildirmək olar və lazımlıdır”.-deyə komitə sədri bildirib.