Xocalı soyqırımını törədənlərdən biri öldü
17 aprel 2020 18:58:20
Xocalı soyqırımının daha bir iştirakçısı ölüb.
Zəfər.Az-ın Modern.az-a istinadən məlumatına görə, 57 yaşlı Armen Andreasyan Moskvada martın 28-də ölüb.
O, polkovnik Aram Toqramyanın başçılıq etdiyi “Aramo” batalyonunun tərkibində 1992-ci il fevralın 25-dən 26-na keçən Xocalı qəsəbəsinə hücumda iştirak edib.
Sovet ordusunda rabitə bölməsinin zabiti kimi xidmət edən zaman Azərbaycan torplaqlarına təcavüzdə iştirak edən Andreasyan 1990-c ıilin avqusutunda Qazaxın Baqanis-Ayrum kəndi uğrunda döyüşlərə qatılıb. Xocalı qətliamından sonra o, 1992-ci ilin yay-payız aylarında Xocavənd rayonu və Laçın dəhlizi uğrunda döyüşlərdə iştirak edib.
Xatırladaq ki, Xocalı qəsəbəsinə erməni dəstələrinin və Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı moto-atıcı alayın iştirakı ilə gerçəkləşən hücum zaman 613 azərbaycanlı öldürülmüş, 1275 nəfər isə girov götürülmüşdü.