BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Putin Paşinyanla qazın qiymətini müzakirə edib

06 aprel 2020 14:08:50

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

 

Ermənistan KİV-nə istinadən bildiririk ki, tərəflər koronavirusla mübarizə ilə yanaşı, Rusiyanın Yerevana satdığı qazın qiyməti ilə bağlı danışıqlar aparıblar.

 

Paşinyan “Qazprom”un ölkəyə qazın qiymətini iyulun 1-dən 36% artırmaq planlarına qarşı çıxıb. Tərəflər Avrasiya Ali Şurasının iclasını videokonfrans vasitəsilə keçirmək qərarı da alıblar.(Modern.az)