BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

"Azərbaycan naminə" esse müsabiqəsində II yerin qalibi - ESSE

01 aprel 2020 14:29:25

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə 2016-cı il 1-4 aprel tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərin 4-cü ildönümünə həsr olunmuş, ölkəmizdə yerləşən 10 universitet arasında 01.02.2020-10.03.2020-ci il tarixlərində “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsi təşkil etmişdir.

 

"Azərbaycan naminə" adlı esse müsabiqəsində 2-ci yerə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika Fakültəsinin II kurs tələbəsi Vəliyeva Günəş Ələsgər qızının yazdığı esse layiq görülmüşdür.

 

Həmin esseni sizinlə paylaşırıq:

 

Vətənpərvərlik və şəhidlik zirvəsi

 

Əvvəla qeyd edimki,təqdim etdiyiniz 3-mövzudan birini seçərkən heç çətinlik çəkmədim. Çünki insan ən  yaralı yerini daha yaxşi tanıyır. Bəli. Ən uca zirvə olmaqla bərabər, ən yaralı yerimdir mənim “Şəhidlik zirvəsi”.

Axşam düşündümki, görəsən necə başlıyım ? Bəlkə vətən yolunda canlarını fəda edən şəhidlərimin keçdikləri həyat yolundan yazım. Sonra dedim ki, onların etdikləri qəhramanlıqları yazmağa bir ömür yetərmi?

Bunu düşünərək yuxuya getmişəm. Əlimdə əşyalarla dolu bir səbət qapı önündə dayanmışdım. Başımı qaldırdımki,qarşımda milyonlarla hərbi geyimdə, hər birinin sinəsində, şanlı 3 rəngli bayrağımız asılmış şəhid bacı-qardaşlarım, körpə uşaqlar dayanıb. Sonra səbətdən əlimə götürdüyüm bir cüt ayaqqabını vermək üçün gözüm şəhid Rasim Əliyevi axtarmağa başladı. Hansıki, 1994-də ayaqqabı firmasındakı işini qoyub, könüllülər dəstəsinə qoşulmuş və ayaqqabı bağı cırıldığı üçün bir cüt ayyaqqabı istəmişdi həmin firmadan. 700 bal toplayan evin tək oğlu Müşfiqi axtardımkı apardığım diplomu ona verim. Atasının üzünü görməyib, onun adını daşıyan balaca Qabilin şəklini uzatdım şəhid Qabilə. Erməni vəhşiliyini dünyaya çəkərək tanıdan, hətta orda öz ölümünüdə lentə alan Çingiz Mustafayevə verdim ondan yadigar qalan kamerasını. Sıraların birində mənə yaxınlaşan bir əsgərə üzülərək sizin üçün heçnə gətirməmişəm dedim. Bilirəm, axı mən üzərində naməlum şəhid yazılan qəbirlərdə uyuyan əsgərlərdən biriyəm dedi. Bu vaxt gözüm yatmamışdan əvvəl videosuna baxdığım şəhid Nəcməddin Savalanova sataşdı. Dərin bir ah çəkdim içimdən. Ah dedim şəhidim, necə ürəklə oynamışdın o son videonda. Nə bilərdin hələ hər şeydən bixəbər, sənin yoxluğunu başa düşməyən 2 balaca, körpə qızların qəbrin üzərində şeir deyəcək. Nə bilərdin ki, forman qəbrin üzərində qucaqda olan oğluna əmanət ediləcək. Sonda bir boş vərəq qaldı səbətdə. Bunu kimə gətirdiyimi xatırlamıram dedim. Məyərsə bu şəhid arzularını yazmaq üçün imiş. Axı bu çox balacadı dedim. Milyonlarla şəhidin yarım qalmış arzuları, deyilməmiş sözləri, bəzilərinin bizə qoyduqları əmanətlərə verəcəkləri nəsihətlər siğarmı bura? Bu vaxt sıradan mənə tərəf addım ataraq gələn, öz vətənpərvərliyi ilə milyonların könlünə taxt salan, digər qəhramanlarımız kimi vətənə məhəbbəti ilə gənclərimizə örnək olan, qəhramanların yalnız kinolarda olmadığını dünyaya göstərən Mübariz İbrahimov idi. O, burda hər kəsin yalnız bir arzusu var dedi və əlavə etdi. Biz ailələrimizdən yaxınlarımızdan keçdik, vətəndən keçmədik. Səndən kağıza bunu yazmağı istəyirəm dedi:

 Dolmuş gözlərimlə, dağılmış fikrimi toplamağa çalışdım və vərəqə yazdım.

                                               Biz başlatdıq-vaxtımız bitdi

                                               Siz tamamlayın- vaxtınız varkən

 

Məyərsə, orda belə bu torpaq haqqında fikirləşirlərlərmiş. Onlarında gözləri bizim kimi yolda imiş. Göz yaşlarımla islanmış kağızı ovcuma sıxmağa başladım.

 

Axı bu mənə əmanət edilmiş bir məktub idi. Bu şəhadət yerində sizə söz verirəm dedim: Bəlkə mənə sizin kimi 3 rəngli bayrağıma bürünüb dəfn edilmək qismət olmadı.

 

Ancaq Qarabağ alınsın var ha, Lələtəpəyə sancdığınız o şanlı bayrağı çiynimə salıb mübarək torpağımız üzərində diz çökərək sizində yerinizə öpəcəm o torpağın hər zərrəsini.

Sevdikləriniz, evladlarınız o torpağa ayaq basanda ilk mən verəcəm müjdəyi  sizə.

 

Artıq vaxt idi və mən ordan ayrılıb bu məktubu sizə verməli idim.  O yuxudan sonra, o mənzərə gözümün önünə gələndə, vətənimin necə oğullar itirdiyini görəndə, düşmənə qarşı qəlbimdə kin, nifrət, qəzəb o qədər böyüyürki, o  murdar ölkəni, biqeyrət xalqı yer üzündən siləcək gücə sahib olduğumu hiss edirem. Bəzən özümə ünvanladığım suallarım heç bitmir. Keşkələrim heç bitmir. Günahsız bir ölkənin, günahsız bir xalqın başına gətirilmiş faciələrə etdiyim üsyanlarım heç bitmir. Lakin, Ulu öndər Heydər Əliyevin bizə bəxş etdiyi azadlığı, uğurlu siyasəti  və qarşıya qoyulmuş missianı layiqincə yerinə yetirən Ali Baş Komandan Cənab Prezident İlham Heydar oğlu Əliyevin şəhidlərə və şəhidliyə verdiyi dəyər, şəhid ailələrinə göstərdiyi qayğı, kiçikdən böyüyə hər bir vətəndaşa göstərdiyi diqqət, ölkəmizin rifahı və çiçəklənməsi uğrunda apardığı mübarizə və düzgün siyasət bir gənc kimi məni çox sevindirir. Burdan sadəcə bir Azərbaycan qadını kimi demək istəyirəmki, qoyun düşən od təkcə düşdüyü yeri yandırmasın. Çünki Azərbaycanda yaşayan hər bir ailə şəhid ailəsidir.

 

Gəlin şəhid ailələri olaraq onları daha çox ziyarət edək, daha çox danışaq onlarla P.S.S.Muhəmməd deyirki  vətən yolunda öldürülənlərə ölü deməyin, onlar diridirlər.

                                   Həqiqətən axı ölüm yoxluq deyil

                                   Axı ölüm heçlik deyil.Ölüm sadəcə əbədi diyara səfərdir.

                                   Şəhid olmaq gözəl deyil-Şəhidlik gözəlliyin özüdür.

Şəhidlər xiyabanında hər şəhid məzar yanından keçəndə bu misra yadıma düşür.

                                   Müqəddəs şəhidlər xiyabanında.

                                   Dəli bir ağlamaq keçir könlümdən.

Özümü saxlayıb deyirəm.

                                    Axı şəhidlər ölməzdirlər

                                    Ölməzi ağlamazlar

 

Axı şəhidlik vətənpərvərliyin ən ali məqamıdır. Vətənpərvərlik - bu hissi hər kəs qəlbində bir fərqli şəkildə yaşayır..Yəqinki çoxumuz Ceyhun Mirzəyevin Fəryad filmini izləmişik. Ordakı çəkilişlərdə həqiqi xocalı sakinləri çəkilir və bu zaman M.Ceyhun ağlamağa başlayaraq deyir-onlar bu dəhşəti yenidən yaşayırlar. Həmin kadr arxası çəkilişlərdə bir vəhşi erməninin Azərbaycanlı qadınının namusuna toxunduğu andakı səhnədə ürəyi dözməyib insult keçirir. Və bu filmi görmək ona qismət olmur. Burdan aydın olurki vətənpərvərlik nə nazirə, nə  əsgərə, nə fəhləyə, nə müğənniyə nə də aktyora baxır? Ə.Şəmistan vətənə həsr edərək oxuduğu hər bir mahnısında yaşayır bu hissi. K.Musavin dediyi kimi-vətənpərvərlik dedikdə ağlımıza təkcə hərbi-forma geyinmək gəlməsin. Bir insan öz sahəsində şərəflə, vicdanla çalışırsa, o elə vətənpərvərliyin bariz numunəsidir.

 

 Nənəm rəvayət edərdi ki bir ana oğlunu əsgər yollayarkən onun əllərini xınalayır. Komandir soruşurki bu nədir oğlum.

Anam edib deyir, ondan soruşun.

Anaya məktub yazılır və cavab gəlir. Vətənimi qoruyan oğullarım hər birinizin gözlərindən öpürəm.

                            Qoyunu xınalayıb Allaha qurban deyərlər

                            Gəlini xınalayıb evinə qurban deyərlər

                            Oğlumun əlini xınalayıb vətənə qurban dedim

 

İndi anlayıramki Azərbaycan-Türk qadınları öz canparçalarını bu vətənə qurban verəcək qədər vətənpərvər, şəhid ataları oğullarını torpağa tapşırarkən titrək səsləri ilə ”Mən fəxr edirəm ki, şəhid atasıyam” deyəcək qədər vətənə bağlıdırlar. Şəhid Y.Eminin dediyi kimi – hər ana bu dünyaya əsgər gətirə bilər. Ancaq hər ana dünyaya Mübariz, Fərid, Allahverdi gətirə bilməz. Bir şəhid qadını tabutu qucaqlayaraq deyirki- vətən sağ olsun.

 

Vətən mənim üçün o tabutlara qoyulan şəhidlərdir, vətən torpağın altıdır , torpağın üstüdür ,vətən mənim bu balaca qəlbimə sığdırdığım böyük sevgidir. Lakin təəssüf hissi keçirirəm ki, igid oğullarımızın  hər birininin adını çəkə bilmirəm.

 

Və sonda öz adımdan Zəfər Şəhid Ailələrinə Dəstək Ictimai birliyi və Mənəvi dəyərlərin təbliği fonduna dərin minnədarlığımı bildirirəm. Arzu edirəmki belə layihələri bütün fondlar təşkil etsin və Azərbaycanın hər bir vətəndaşı xususi ilə də gənclər bu layihələrə qoşularaq şəhidlərimizi, şəhid ailələrimizi daim yad etsin.Nə xoş ki,sizin bizim kimi davamçılarınız olacaq.

 

                                                                                                                                                     İmza “Əsgər bacısı”