BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Aprel döyüşlərindən 4 il ötür - VİDEO

01 aprel 2020 09:48:05

Bu gün 2016-cı il aprel döyüşlərinin 4-cü ildönümü qeyd olunur.

 

Aprel düyüşlərinin 4-cü il dönümündə Şəhid polkovnik leytenant Raquf Orucovun həyat yoldaşı, ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri,  Sevinc Orucova Təşkilatın rəsmi facebook səhifəsində Aprel döyüşləri ilə bağlı paylaşım edib.

Qanıyla Azərbaycanın ən yeni tarixinə şərəflə adlarını həkk etdirən Qəhrəmanların yenidən doğulduğu günlərin başlanğıcındayıq! Artıq 4 ildir ki, Qəhrəmanlarımız cismən bizimlə olmasa da, onlar əbədi olaraq tariximizin səhifələrində, hər bir Azərbaycanlının qəlbində daima yaşayacaqlar!

Ölümün gözünə dik baxan, düşmənə daima qorxu yaşadan İgidlərimizi itirdik..Lakin əyilmədik, qorxmadıq! Onların yarımçıq qalmış Vətən sevdası bizlərə əmanətdir! Bizlər yaşadacağıq, nə qədər ki, bizlər varıq, Azərbaycan var, Onlar da var olacaqdır!

 

Qəhrəman şəhidlərimizi yetişdirən, Azərbaycana bəxş edən hər bir Şəhid ailəsinə başınız sağ olsun deyirik! Sizlər bizlərə əmanətsiniz! Sizin övladlar bu Vətənin daşı olmağı bacardılar! Uca Allah bizə böyük Zəfəri nəsib etsin, dövlətimizi, xalqımızı qorusun!

 

 Qeyd edək ki, aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Goranboy rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

 

Aprel döyüşlərində Azərbaycan ordusu 89 qəhrəman hərbçisini Şəhidlik zirvəsinə ucaldı.

 

RUHUNUZ ŞAD OLSUN ŞƏHİDLƏR!!!