BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Xatirələr muzeyi” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

06 aprel 2026 12:49:38

"Zəfər Yolu" layihəsi çərçivəsində tədbirin bədii hissəsində tanınmış incəsənət xadimlərinin iştirakı ilə şəhidlərimizin əziz xatirəsinə ithaf olunan “Xatirələr muzeyi” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.
Real həyat hekayələri əsasında hazırlanmış bu kompozisiya Aprel döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış igidlərimizin həyat yoluna bir baxış, onların xatirəsinə isə dərin ehtiram idi.
Səhnədə canlandırılan hər obraz, səslənən hər söz, yaşanan hər an bir daha göstərdi ki, bu yol sadəcə tarix deyil, bu yol xalqımızın yaddaşı, qüruru və taleyidir.
Layihənin ideya müəllifi Sevinc Orucova, ssenari müəllifi şair-yazıçı İlqar Fəhmi, quruluşçu rejissoru isə əməkdar artist Nicat Kazımovdur.