BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunan “Zəfər Yolu” adlı tədbir təşkil ediləcək.

12 mart 2026 12:50:05

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunan “Zəfər Yolu” adlı tədbir təşkil ediləcək.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi ümumi qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi və Mədəniyyət TV-nin media tərəfdaşlığı ilə 2 aprel 2026-cı il tarixində Akademik Milli Dram Teatrında Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Zəfər Yolu” adlı ədəbi-bədii gecə baş tutacaqdır.
?? Şəhidlərimizin əziz xatirəsinə həsr olunan tədbirdə igid Vətən övladlarının torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda göstərdiyi şücaət və qəhrəmanlıqlar bədii, musiqili və teatral təqdimatlar vasitəsilə tamaşaçılara təqdim olunacaqdır.