BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları beynəlxalq uşaq yaradıcılıq festivalında iştirak ediblər!

02 iyun 2025 11:13:13

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvü olan şəhid övladları Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 1 iyun tarixində Şuşa şəhərində keçirilən “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalında iştirak ediblər.
 
Türkdilli xalqların birliyini əks etdirən festival zamanı şəhid övladları Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan olan məktəblilərlə bir araya gələrək əyləncəli və unudulmaz anlar keçiriblər.
 
Səfər çərçivəsində şəhid övladları həmçinin Şuşa qalası, İsa Bulağı və Cıdır düzü kimi Şuşa şəhərinin tarixi və turistik məkanlarını ziyarət ediblər.