Şəhid övladlarının Qubada yerləşən kənd təsərrüfatına ekskursiyası təşkil olunub!

30 may 2025 14:27:04
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid övladlarının Quba rayonunda yerləşən “Kənd İnn” təsərrüfatına ekskursiyası təşkil olunub.
25 şəhid övladının iştirak etdiyi aqrotur 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şəhərdən Kəndə” layihəsi çərçivəsində həyata keçirilib. Ekskursiya boyunca uşaqlarla bərabər animatorlar da iştirak edərək onların yolboyu və təsərrüfat ərazisində əyləncəli vaxt keçirmələrini təmin ediblər.
Gəzinti zamanı uşaqlar təsərrüfat sahəsini gəzməklə yanaşı meyvə yığımında iştirak edib, heyvanların yemlənməsi prosesində yer alıb, at arabası ilə əyləncəli tur yaşayıblar. Ekskursiyanın sonunda isə müxtəlif oyunlar və əyləncəli proqramlar keçirilib, iştirakçılara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, tədbir uşaqların təbiətə daha yaxın mühitdə sosial bacarıqlarını inkişaf etdirməsi və mənalı istirahət keçirməsi məqsədi daşıyıb.