BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladlarının Ankara texno-düşərgəsi başlayır!

24 mart 2025 10:21:26

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi və "Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi ilə 24-27 mart 2025-ci il tarixlərində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində məktəbli şəhid övladları üçün texno-düşərgə keçiriləcək.

25 məktəbli şəhid övladının qatılacağı bu düşərgə ərzində iştirakçılar Türk Aerokosmik Sənayesi (“TUSAŞ”) və “ASELSAN” şirkəti kampuslarını ziyarət edərək aerokosmik mühəndislik və peyk texnologiyaları barədə nəzəri və praktiki biliklər əldə edəcəklər. Həmçinin düşərgə ərzində Türkiyə Böyük Millət Məclisi, Anıtkabir, Ankara Qalası və “MKE” Sənaye-Texnologiya Muzeyinə səfərlər gerçəkləşdiriləcək.