BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

"Şəhid övladlarının incəsənət akademiyası" layihəsinə start verilib!

08 yanvar 2025 09:18:36

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin "Şəhid övladlarının incəsənət akademiyası" layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsində qalib elan olunub. Layihənin əsas məqsədi incəsənət və mədəniyyət sahəsində istedadlı şəhid övladlarının bu istiqamətdəki bilik və bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir
 
8 yanvar tarixində təşkilatın ofisində baş tutan layihənin hazırlıq iclasında layihənin işçi heyətinin üzvləri ilə görüş keçirilib, layihə çərçivəsində imzalanacaq müqavilələr, hazırlanacaq çap və reklam məhsulları və ümumilikdə layihənin icrası ilə bağlı görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə təşkil olunacaq lahiyə çərçivəsində 7-12 yaşlı 20 məktəbli şəhid övladı rəssamlıq və musiqi üzrə 3 aylıq peşəkar təlimlərdə iştirak edəcəklər. Təlimlər nəticəsində qazanılan bilik və bacarıqlar, həmçinin hazırlanan incəsənət nümunələri layihənin sonunda təşkil olunacaq bağlanış mərasimində təqdim olunacaq.