BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Qardaşlaşmış Qarabağ Məktəbləri” V Qış Düşərgəsi başa çatıb!

27 dekabr 2024 13:21:10

Azərbaycan Diasporuna Dəstək Fondu, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qardaşlaşmış Qarabağ Məktəbləri” V Qış Düşərgəsinə yekun vurulub.
 
Moldovada yaşayan soydaşlarımızın övladları və Azərbaycanın qəhrəman şəhidlərinin övladlarının iştirakı ilə baş tutan düşərgənin bağlanış mərasimində bütün düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub.
 
Qeyd edək ki, 20-27 dekabr 2024-cü il tarixlərində keçirilən bu düşərgədə Azərbaycandan olan şəhid övladları və Moldovada yaşayan soydaşlarımızın övladları daxil olmaqla ümumilikdə 12-15 yaş aralığında olan 20 məktəbli iştirak edib. Düşərgə ərzində iştirakçılar üçün müxtəlif istiqamətli peşəkar təlimlər, Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko və 5 qat Dünya Çempionu olan güləşçimiz Eldəniz Əzizli ilə görüş, həmçinin Bakı şəhərinin tarixi-turistik məkanlarına ziyarətlər təşkil olunub.