BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

"Xarıbülbül" payız düşərgəsinin iştirakçıları yaradıcılıq dərslərinə qatılıblar!

23 sentyabr 2024 12:32:00

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai BirliyiBöyük Qayıdış Gənclər Təşkilatının təşkilatçılığı, Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən "Xarıbülbül" payız düşərgəsinin iştirakçıları olan şəhid övladları Füzuli şəhərində yerləşən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini ziyarət ediblər.
 
Ziyarət zamanı düşərgə iştirakçıları rəssamlıq, rəngkarlıq və dulusçuluq kimi müxtəlif incəsənət növləri barədə məlumat əldə edərək öz əl işlərini hazırlayıblar. Şəhid övladlarının hazırladığı bu əl işləri sonda incəsənət mərkəzinə hədiyyə olunub.