BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları Qarabağ Universitetini ziyarət ediblər!

22 sentyabr 2024 12:27:24

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai BirliyiBöyük Qayıdış Gənclər Təşkilatının təşkilatçılığı, Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən "Xarıbülbül" payız düşərgəsinin iştirakçıları olan şəhid övladları Xankəndi şəhərində yerləşən Qarabağ Universitetini ziyarət ediblər.
 
Düşərgə iştirakçıları ilə görüşən Qarabağ Universitetinin rektoru Şahin Bayramov qəhrəman şəhidlərimizin övladlarını universitetlərində qarşılamaqdan qürur hissi duyduqlarını ifadə edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb.