BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Təhsil” yay düşərgəsi başa çatıb!

26 avqust 2024 11:18:02

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid övladları üçün “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris-İdman Bazasında təşkil olunan yay düşərgəsi başa çatıb.
 
Düşərgənin bağlanış mərasimində iştirakçı 45 şəhid övladına sertifikatlar təqdim olunub.
 
Bağlanış mərasimi daha sonra musiqili konsert proqramı ilə davam edib və mərasimdə iştirak edən "Star Band" qrupunun üzvləri düşərgə iştirakçılarına əyləncəli anlar yaşadıblar.