BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Təhsil” Yay düşərgəmizin növbəti günü maraqlı təlim və əyləncələrlə davam edib!

24 avqust 2024 14:21:34

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid övladları üçün “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris-İdman Bazasında təşkil olunan yay düşərgəsinin növbəti günü yekunlaşıb.
 
45 məktəblinin iştirak etdiyi düşərgənin növbəti günündə iştirakçılar STEAM İnnovasiya Mərkəzini ziyarət edərək buradakı əyləncəli və öyrədici məzmuna malik fəaliyyətlərlə tanış olublar.
 
Daha sonra iştirakçılar peşəkar idman ustalarının iştirakı ilə keçirilən şahmat dərslərinə qatılıblar. Günün sonunda isə iştirakçılar “Vətən” restoranında axşam yeməyində olublar.