BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

AZAL nümayəndələri “Təhsil” yay düşərgəmizdə iştirak ediblər!

23 avqust 2024 14:19:37

Azərbaycan Hava Yollarının pilotu kapitan Tofiq Əzizov və təyyarə bələdçisi Günəş Əliyeva Elm və Təhsil Nazirliyinin və “Zəfər” Şəhid Ailələrinə təşkilatçılığı ilə “Zuğulba” Tədris-İdman Bazasında şəhid övladları üçün keçirilən “Təhsil” yay düşərgəsində çıxış ediblər.
 
AZAL-ın nümayəndələri uşaqlara pilot və bələdçi sənətinin sirləri, onların uğur hekayələri, keçdikləri inkişaf yolu, qarşılaşdıqları maraqlı hadisələr və s. haqqında ətraflı məlumatlar verib və uşaqların suallarını cavablandırıblar.