BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Təhsil” yay düşərgəsi davam edir!

22 avqust 2024 14:17:35

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid övladları üçün “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris-İdman Bazasında təşkil olunan yay düşərgəsi davam edir.
 
45 məktəblinin iştirakı ilə keçirilən düşərgənin növbəti günündə iştirakçılar idman və rəsm təlimlərində iştirak ediblər.
 
Günün davamında "McDonald's" restoranında nahar edən iştirakçılar daha sonra "Park Bulvar" ticarət mərkəzində yerləşən "Park Cinema"da film izləyərək əyləncəli zaman keçiriblər.