Şəhid övladlarının mükafatlandırılma mərasimi keçirilib!
26 iyul 2024 10:38:28
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə orta və ali təhsil müəssisələrində təhsil alan 30 nəfər şəhid övladı üçün Şimali Kipr Türk Respublikasında təşkil olunan “Yay Məktəbi”nin növbəti günündə layihə iştirakçılarının mükafatlandırılma mərasimi keçirilib.
Girne Amürikan Universitetinin konqres zalında baş tutan mərasim zamanı 15-26 iyul tarixləri arasında bu universitetdə ingilis dili üzrə təlim alan şəhid övladları beynəlxalq dil sertifikatı ilə mükafatlandırılıblar.
Qeyd edək ki, “Yay Məktəbi” 28 iyul tarixində yekunlaşacaq.